Accessibility links

ABŞ prezidenti Konqres liderləri ilə görüşüb


ABŞ prezidenti Corc Buş bu gün Konqres liderləri ilə görüşündən sonra onların hökumətin xarici ölkələrdə telefon və e-mail söhbətlərinin dinləməsinə səlahiyyət verəcək qanunu təsdiq etməyə çalışacaqlarını deyib. Xatırladaq ki, prezident qanunvericiləri avqust ayı tətilindən əvvəl 30 yaşı olan Xarici Kəşfiyyat Aktına düzəlişlər edilməsinə çağırmışdı. Corc Buş məhkəmə sanksiyaları olmadan xarici ölkələrdə terrorda şübhələnilənlərin söhbətlərinin dinlənilməsi imkanının əldə edilməsinə çalışır. Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qanunun bu həftə təqdiq ediləcəyinə inandığını bildirib. Lakin Senatın əksəriyyət lideri Harri Rid Senatın belə tezliklə qanunu təsdiq edəcəyini düşünmədiyini deyib.

XS
SM
MD
LG