Accessibility links

Donald Ramsfeld Reyncer Tillmanın ölümü ilə bağlı ifadə verib


Birləşmiş Ştatların keçmiş müdafiə naziri Donald Ramsfeld deyib ki, desant qüvvələrinin əsgəri Pət Tillmanın ailəsi onun Əfqanıstanda öz yoldaşlarının gülləsindən öldüyü barədə həqiqəti bilməyə layiq idi, lakin bu məlumat onlara vaxtında verilməyib.

Cənab Ramsfeld bu gün Nümayəndələr Palatasının Dövlət İslahatları və Müşahidə Komitəsi qarşısında ifadə verib. O, ordunun Tillmanın ölümü ilə bağlı rəftarının əsgərin ailəsinə daha çox əzab verdiyini deyib.

Lakin Pentaqonun keçmiş rəhbəri Tillmanın öz yoldaşlarının gülləsindən öldüyü barədə öncədən məlumatlı olmadığını deyib.

Ordu müstəntiqləri Tillmanın ölümünün səbəblərinin dərhal aydın olduğunu bəyan edirlər. Lakin ordu rəsmiləri hadisədən 5 həftə sonra əsgərin düşmən gülləsindən öldüyünü iddia edirdilər.

XS
SM
MD
LG