Accessibility links

Sünni nazirlər istefa ərizələrini təqdim edib


İraqın ən böyük sünni ərəb siyasi bloku baş nazir Nuri əl Malikinin başçılıq etdiyi koalisiya hökumətindən çıxdığını bəyan edib.

İraq Uzlaşma Cəbhəsinin sözçüsü deyib ki, blokun altı kabinet üzvü istefa ərizələrini bu gün təqdim edib. Sözçü bildirib ki, şiələrin rəhbərlik etdiyi hökumət blokun tələblərini yerinə yetirə bilməyib.

Ötən həftə blok baş nazirə şiə yaraqlılarla bağlı məslələri çözmək, eləcə də reyd və həbslərin keçirilməsi prosedurunda islahatlar aparmaq kimi tələblər irəli sürmüşdü.

Vaşinqtonda Ağ Ev sünni blokun istefasına o qədər də böyük əhəmiyyət verməyib. Ağ evin sözçüsü bildirib ki, blok siyasi prosesləri tamamilə tərk etmir və bəzi sünni ərəblər yüksək vəzifələrdə qalacaqlar.

XS
SM
MD
LG