Accessibility links

Qazaxıstanda Hizbut-Təhrir üzvlüyündə günahlandırılanların məhkəməsi başlanıb


Qazaxıstan rəsmiləri Karaqanda şəhərində qadağan olunmuş islamçı qrupun üzvü olmaqda şübhəli bilinən 30 nəfərin mühakimə olunduğunu bildirib.

Verilən məlumatda 30 nəfərin Hizbut-Təhrir qrupunun liderləri və üzvləri olduğu deyilir. Onlar dini ədavəti qızışdırmaqda və qadağan olunmuş təşkilata üzvlükdə günahlandırılırlar.

Hizbut-Təhrir Mərkəzi Asiyada dünyəvi dövlət quruluşlarını dinc üsullarla dəyişməyə çalışır.

XS
SM
MD
LG