Accessibility links

Səudiyyə Ərəbistanı Bağdadda səfirlik açmaq istəyir


Səudiyyə Ərəbistanı Bağdadda səfirlik açılmasının mümkünlüyünü öyrənmək məqsədilə İraqa diplomatik missiya göndərəcəyini bildirib. Səudiyyə Ərəbistanın xarici işlər naziri Səud Əl-Feysəl bu açıqlamanı ölkədə səfərdə olan ABŞ dövlət katibi Kondoliza Rays və müdafiə naziri Robert Geytslə birgə mətbuat konfransı zamanı verib.

Xanım Rays Səudiyyə Ərəbistanının bu təşəbbüsünü “mühüm addım” kimi qiymətləndirib. Səudiyyə Ərəbistanının xarici işlər nazirliyi İraq hökumətilə təhlükəsizlik, xüsusilə də terrorizmə qarşı mübarizə sahəsində daha yaxından iş görmək istədiyini bildirib.

XS
SM
MD
LG