Accessibility links

Taliban Cənubi Koreya rəsmiləri ilə birbaşa danışıqlara razı olub


Əfqanıstandakı Taliban qrupu 21 girovun azad edilməsi ilə əlaqədar Cənubi Koreyanın yüksək səviyyəli rəsmiləri ilə birbaşa danışıqlar keçirməyə razı olub.

Cənubi Koreya və Birləşmiş Ştatlar Əfganıstanda girovların azad edilməsində hərbi qüvvələrdən istifadə edilməyəcəyi barədə razılıq əldə ediblər. Cənubi Koreyanın xarici işlər naziri Sonq Min-Soon və Birləşmiş Ştatlar dövlət katibinin müavini Con Neqraponte bu məsələni bu gün müzakirə ediblər. Cənubi Koreya qanunvericilərindən ibarət qrup Birləşmiş Şatatlarla girovların azad edilməsi məsələsinin müzakirəsi üçün Vaşinqtona gəlib.

Xatırladaq ki, dünən özünü Taliban sözçüsü kimi qələmə verən şəxs girovların hələ sağ olduqlarını bildirmiş, lakin demişdi ki, onlar qətlə yetirilə bilərlər. Sözçü onu da əlavə etmişdi ki, hərbi müdaxilə girovların həyatlarına təhlükə deməkdir.

XS
SM
MD
LG