Accessibility links

Türk ordusu ilə kürd üsyançıları arasında toqquşma baş verib


Türkiyə rəsmilərinin bildirdiyinə görə, ölkənin cənub-şərqindəki Tunceli dağ regionunda türk hərbi qüvvələri ilə kürd üsyançıları arasında baş verən toqquşma nəticəsində 3 əsgər və 5 kürd yaraqlısı ölüb. Region rəsmilərindən alınan xəbərdə deyilir ki, hökumət qüvvələri dünən PKK yaraqlılarının atəşinə məruz qaldıqdan sonra cavab atəşi açmışlar.

Son aylar Türkiyənin kürdlərin çoxluq təşkil etdiyi cənub-şərq hissəsində PKK yaraqlıları ilə hərbiçilər arasında baş verən atışmalar nəticəsində xeyli insan ölüb.

XS
SM
MD
LG