Accessibility links

Kondoliza Rays: Prezident Buşun təklifi Fələstin dövlətinin yaradılmasında  irəliləyişə gətirib çıxara bilər


ABŞ dövlət katibi Kondoliza Rays deyib ki, prezident Buşun bu ilin sonunda keçirilməsini təklif etdiyi beynəlxalq sülh konfransı Fələstin dövlətinin yaradılması məsələsində irəliləyişə gətirib çıxara bilər. Yaxın Şərqə səfərini başa vuran xanım Rays bu açıqlamaları bu gün İordan Çayının Qərb Sahilində Ramallahda fələstinlilərin prezidenti Mahmud Abbasla birgə mətbuat konfransında verib. O deyib ki, fələstinlilər və israillilər arasında bütün məsələlərdə dialoqun dərinləşəcəyinə ümid bəsləyir. Kondoliza Rays əlavə edib ki, İsrailin baş naziri Ehud Olmert ona Fələstin dövlətinin yaradılmasına gətirib çıxaraq fundamental məsələlərin müzakirəsinə hazırdır.
XS
SM
MD
LG