Accessibility links

Prezident Buş Minneapolisə gedir


Prezident Buş ABŞ-ın şimalında yerləşən Minneapolis şəhərinə və orada körpünün uçduğu yerə baş çəkəcək. Özünün həftəlik radio müraciətində cənab Buş fəlakətin milləti şoka saldığını və kədərləndirdiyini bildirib. O, Minneapolis sakinlərinə söz verib ki, Amerika bu qəzanın nəticələrii aradan qaldırmaq üçün yardımını əsirgəməyəcək.

Prezidentin Minneapolisə gəlişi birinci xanım Lora Buşun dağıntını gəzməsindən bir gün sonraya təsadüf edir. ABŞ Konqresinin hər iki palatası körpünün bərpası üçün 250 milyon dollar ayrılmasına səs veriblər. Səkkiz xətli şose körpüsü Çərşənbə günü dağılaraq 20 metr hündürlükdən Mississipi çayına çöküb. İnidəyədək 5 adamın öldüyü və 100 nəfərin yaralandığı təsdiq olunub.
XS
SM
MD
LG