Accessibility links

Federal Məhkəmə FTB-nin səlahiyyətləri aşdığını deyir


ABŞ federal appelyasiya məhkəməsi deyir ki, Federal Təhqiqat Bürosu (FTB) qanunvericinin Kapitolidəki ofisinə reyd etməklə səlahiyyətlərini aşıb. Agentlik Luiziana nümayəndəsi Demokrat Vilyam Ceffersonun ofisinə 2006-cı ilin Mayında reyd keçirərək oradan bir neçə sənəd götürüb. 3 hakimin yekdilliklə qəbul etdiyi qərarda deyilir ki, gərək agentlik Ceffersona bu sənədləri nəzərdən keçirmək imkanı verəydi. Hakimlər deyirlər ki, qanun pozuntusu icra və qanunverici qanadlar arasındakı hakimiyyət bölgüsü prinsipini pozur. Lakin məhkəmə əlavə edib ki, reyd özü-özlüyündə Konstitutsiyaya zidd deyil.
XS
SM
MD
LG