Accessibility links

Cənubi Asiyada sel yağışları 1000 nəfərin ölümünə səbəb olub


Cənubi Asiyada Mansun yağışları mindən çox adamın ölümünə səbəb olub. Hökumət və yardım təşkilatları evindən didərgin düşən 20 milyon adama humanitar yardım çatdırmağa çalışır.

Təkcə Hindistanda Assam, Bihar və Uttar Pradeş ştatlarından milyonlarla çarəsiz sel qurbanına yemək və su çatdırmaq üçün minlərlə əsgər səfərbər olunub. Bir çox kəndlərə gedən yollar bağlanıb.

Qonşu Banqladeşin də yarısı su altındadır. Nepalda isə dağlarda qar uçqunları və sürüşmələr on minlərlə adamı didərgin salıb. Cənubi Asiyada mansun mövsümü İyundan sentyabradək davam edir.

XS
SM
MD
LG