Accessibility links

Misirdə İslamçı müxalifətin üzvləri həbs olunub


Misir rəsmiləri qadağan olunmuş Müsəlman Qardaşlığı cəmiyyətinin 14 üzvünü həbs ediblər. Təhlükəsizlik rəsmiləri həmin bu şəxslərin Qahirə yaxınlığında həbs olunduğunu deyir. Son zamanlar Misir hökuməti İslamçı qrupa qarşı basqıları artırıb. Ötən ay polis mənzil binasında Qardaşlığın 18 üzvünü həbs etmişdi. Müsəlman Qardaşlığının məlumatına əsasən hazırda Misir məhbəslərində təşkilatın 500-ə yaxın üzvü saxlanılır.

Hökumət qrupu rəsmən 1954-cü ildə qadağan edib. Lakin Qardaşlıq Misrin ən iri müxalifət partiyasıdır və tez-tez seçkilərə namizədlər çıxarır. Hazırda o, parlamentin aşağı palatasında yerlərin beşdə birinə nəzarət edir. Müsəlman Qardaşlığı demokratik islahatlar vasitəsilə Misri İslam dövlətinə çevrimək məramı güdür.
XS
SM
MD
LG