Accessibility links

Livan seçiciləri öldürülmüş parlamentarları əvəzləyir


Livanda seçicilər terror aksiyasında öldürülmüş iki qanunvericini əvəzləmək üçün səs verdiyi bir məqamda təhlükəsizlik qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Təhlükəsizlik qüvvələri Beyrut və Mətn şəhərləri ətrafında yoxlama postları qurmuş və seçki ilə bağlı baş verə biləcək zorakılıqların qarşısını almağa çalışırlar. Xristian qanunverici və kabinet naziri Piyer Cemayel Noyabrda qətlə yetirilmişdi. Sünni qanunverici Valid Eydo isə İyunda Beyrutda maşına qoyulmuş bomba öpartlayışı nəticəsində öldürülmüşdü. Onların hər iki Amerikanın dəstəklədiyi Livan hökumətinin tərəfdarları və Suriyanın sərt tənqidçiləri idi.
XS
SM
MD
LG