Minnesota ştatında körpünün dağılmasından sonra itkin düşmüş insanların axtarışı məqsədi ilə Amerikanın Dəniz Donanması və Federal Kəşfiyyat Agentliyinin nümayəndələri hadisə yerinə gedib. Yerli dalğıclar həlak olan 8 nəfərin axtarışını bir neçə gündür davam etdirir. Səlahiyyətli nümayəndələr 5 nəfərin həlak olduğunu artıq təsdiq edib. Hadisə nəticəsində 100-dən artıq adamın yaralandığı bildirilir. Xatırladaq ki, 40 yaşı olan körpü ötən çərşənbə axaşamı günü insanların işdən evlərinə qayıtdığı vaxt uçmuşdu.