Accessibility links

Pərviz Müşərrəf sülh məclisində iştirak etməyəcəyini bildirib


Pakistan prezidenti Pərviz Müşərrəf Taliban yaraqlılarına qarşı qəbilələri birləşdirmək məramı güdən sülh məclisində iştirak etməyəcək. Pakistan Xarici İşlər Nazirliyindən verilən bəyanatda deyirlir ki, general Müşərrəf əfqan prezidenti Həmid Karzaya zəng edərək, Cirgə adlanan qəbilə şurasının yığıncağına qatılmayacağını bildirib. Nazirlik bildirib ki, prezidentin əvəzinə məclisə baş nazir Şövkət Əziz gedəcək.

Özünün gəlməməsinə baxmayaraq, general Müşərrəf cənab Karzayı əmin edib ki, o, Cirgənin uğuruna tam dəstək verir. Sabah başlayacaq 4 günlük konfrans artıq indidən bir neçə geriləmə ilə üzləşib.

XS
SM
MD
LG