Accessibility links

Şimali və Cənubi Koreyaların liderləri görüşə hazırlaşırlar


Şimali və Cənubi Koreyaların liderləri bu ayın sonunda Pxenyanda görüş keçirməlidir. Bu, son 7 il ərzində iki ölkə arasında keçiriləcək ilk sammit olacaq. Cənubi Koreya prezidentinin təhlükəszlik məsələləri üzrə müaşviri bu gün Seulda müxbirlərlə görüşü zamanı prezidentlər arasında sammitin avqust ayının 28-də keçiriləcəyini bəyan edib. Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi görüşün Şimali Koreyanın sərhəd şəhəri Kaesonqda təşkil ediləcəyini bildirib.
XS
SM
MD
LG