Accessibility links

Köksal Toptan Türkiyə parlamentinin spikeri seçilib


Türkiyə parlamenti parlament spikeri vəzifəsinə hakim partiyanın irəli sürdüyü dünyəvi namizədi təsdiqləyib.

Bu gün Ədalət və İnkişaf Partiyasının üzvü Köksal Toptan 550 nəfərlik məclisdə 450 səs qazanaraq Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

Toptan İslamla bağlı deyil və onun həyat yoldaşı başını örtmür. Bu gün parlamentdəki çıxışı zamanı Toptan aylar boyu hakim partiya ilə dünyəvi quruluş tərəfdarları arasında hökm sürən siyasi gərginlikdən sonra Türkiyədə milli barışığa çağırıb.

XS
SM
MD
LG