Accessibility links

Kərkük şəhərindəki bomba hücumu insanların ölümü ilə nəticələnib


İraq polisi deyir ki, şimali Kərkük şəhərində bazarda baş verən bomba partlayışı ən azı 8 adamın ölümünə, onlarla adamın yaralanmasına səbəb olub. Rəsmilər deyirlər ki, hücum neftlə zəngin şəhərin kürdlər yaşayan məntəqəsində baş verib.

Bağdaddan cənubda sünni şəhəri Yusifiyyədə Amerika vertolyotu yerə enməyə məcbur olmuşdur. İki əsgərin yaralandığı bildirilir. Bu hadisə ilə bağlı araşdırma aparılır. Başqa xəbərdə koalisiya qüvvələri tərəfindən Bağdad və onun ətrafında 5 terrorçunun öldürüldüyü və 32 şübhəlinin yaxalandığı bildirilir.

XS
SM
MD
LG