Accessibility links

Prezident Buş terrorizmə qarşı müharibədə irəliləyiş olduğunu deyib


Prezident Buş Əfqanıstan və İraqın terrorizmə qarşı müharibədə irəliləyişə nail olduğunu deyib. Həftəlik radio müraciətində cənab Buş bu həftə Kemp Devid prezident iqamətgahında Əfqanıstan prezidenti Həmid Karzai ilə görüşündən danışıb.

Prezident Buşun sözlərinə görə, Həmid Karzai ona deyib ki, Əfqanıstan və Pakistan rəsmiləri hər iki ölkəni hədəf alan etkstremistlərə qarşı mübarizə yolların müzakirə etmək üçün görüş keçiriblər. İraqa gəldikdə, cənab Buş deyib ki, bu ilin əvvəlində ölkədə ABŞ hərbi qüvvələrinin sayının artırılması koalisiya qüvvələrinə təşəbbüsü düşmənin əlindən alıb iraqlılara verilməsinə kömək edib.

Bununla belə, cənab Buş irəliləyişin gözlənildiyindən daha az olduğunu etiraf edib. O deyib ki, koalisiya qüvvələri yanvar ayından min beş yüzdən artıq əl-Qaidə terrorçusu və İraq hökumətinin düşmənlərini ya qətlə yetirib, ya da ələ keçirib.

XS
SM
MD
LG