Accessibility links

Endevor gəmisinin astronavtları ilk kosmik gəzintiyə çıxıblar


Endeavour and Expedition 15 crews greet each other after hatch opening, 10 Aug 2007" hspace=2 src="/azerbaijani/images/nasa_endeavour_docks_space_station_195_10Aug07_2.jpg" width=210 align=left vspace=2 border=0>Endevor kosmik gəmisinin astronavtları Beynəlxalq Fəza stansiyasında inşa işlərini davam etdirmək və şattla dəyən mümkün ziyanı müayinə etmək üçün gəzintiyə çıxıblar.

ABŞ fəza agentliyi NASA bildirir ki, altı saat yarımlıq gəzinti zamanı astronavtlar robotun köməyi ilə kosmik stansiyada bağlantıları quraşdıracaqlar.

Onlar həmçinin Endevor kosmik gəmisinin istilik qalxanı üzərindəki zədələrə vurulmuş yamağı müayinə edəcəklər.

Kosmosdan yayımlanan videogörüntüdə zədənin 60 kvadrat santimetrdən bir qədər kiçik olduğu bildirilir. NASA rəısmiləri zədəyə şatlın xarici yanacaq bakına düşmüş buz parçasının səbəb ola biləcəyini güman edir.

XS
SM
MD
LG