Accessibility links

İraqda bomba hücumu zamanı vilayət qubernatoru və polis rəisi həlak olub


İraqın cənubunda Divaniyə vilayətində yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində vilayətin qubernatoru və polis rəisi həlak olublar. Qubernator Xəlil Cəlil Həmzə və polis rəisi Xalid Həssanı daşıyan maşın karvanının dəydiyi bombanın partlaması iki nəfər başqa adam və mühafizə üzvlərindən ikisinin ölümünə səbəb olub. Polisin verdiyi məlumata görə, bomba hücumu vilayət rəsmilərinin hüzr yerindən qayıtdığı zaman baş verib.
İraqdan gələn digər məlumatda ABŞ-ın Baş prokuroru Con Qonsalesin Bağdada səfər etdiyi xəbər verilir. Cənab Qonsalesin səfərinin məqsədi ABŞ-ın ədliyyə işçilərinin İraqda fəaliyyətilə tanış olmaqdır.
XS
SM
MD
LG