Accessibility links

Bu gün avqust ayının 13-ü ABŞ-da solaxaylar günü qeyd edilir


Bu gün Solaxaylar Klubu tərəfindən 1992-ci ildən etibarən qeyd edilir. Alimlər solaxaylığın genetik səbəblərə əsaslandığını düşünürlər. Bu yaxınlarda Britaniya tədqiqatçıları bunu təsdiq edən genləri aşkar ediblər. Sağəlli insanlarda beynin sol yarımkürəsi nitq və dilə, sağ tərəfi isə hissiyatlara nəzarət edir. Lakin solaxaylarda bunun tamamilə əksi müşahidə olunur. Belə bir maraqlı fakt da qeydə alınıb ki, Amerikanın son 6 prezidentindən 5-i solaxay olub. Bunlara Cerald Ford, Ronald Reyqan, Corc Buş ata, Bill Klinton və hazırkı ABŞ prezidenti Corc Buş daxildir.

XS
SM
MD
LG