Accessibility links

ABŞ Çinlə texnologiya sahəsində əməkdaşlığı genişləndirmək istəyir


ABŞ Prezidenti Corc Buşun ətraf mühit məsələləri üzrə müşaviri Ceyms Konnaugton Amerikanın Çinlə iqlim dəyişikliyi ilə mübarizə məqsədi ilə yeni texnologiya sahəsində əməkdaşlıq aparmaq istədiyini bildirib. Bu gün Pekində müxbirlərlə görüşən Ceyms Konnaugton deyib ki, Amerika yeni texnoloji avadanlqılar üçün Çinə maliyyə yardımı göstərməyə hazırdır. O əlavə edib ki, Vaşiqnton standartlaşdırma və iqtisadi inkişafın sabitliyinin təmin edilməsində də Pekinə yardım əlini uzada bilər. Ceyms Konnaugton Çin rəsmiləri ilə görüşləri Kioto şazişinin 2012-ci ildə müddəti başa çatdıqdan sonra iqlim dəyişikliyi ilə mübarizə yollarını müzakirə edir.

XS
SM
MD
LG