Accessibility links

ABŞ və Meksika razılıq əldə edib


ABŞ və Meksika arasında narkotik maddə qaçaqmalçılığı ilə birgə mübariyə dair razılıq əldə edilib. Gömrük rəsmiləri tərəfindən imzalanan razılığa əsasən tərəflər qaçaqmalçılar barədə məlumat mübadiləsi aparmalıdır. Amerikanın mühacirət və gömrük agentliyinin direktor müavini Culi Mayer bildirib ki, razılıq hər iki ölkənin sərhədlərin mühafizəsində ciddiliyinin nümunəsidir. Qeyd edək ki, ABŞ-la Meksika 3 min km uzunluğu olan sərhədləri bölüşür.

XS
SM
MD
LG