Accessibility links

İraqda kamikadze hücumu 10 adamın ölümünə səbəb olub


İraq polisi Bağdadın şimal bölgəsində əsas şose yola aparan körpüdə həyata keçirilən kamikadze hücumunun 10 adamın ölümü, 6-nın yaralanmasına səbəb olduğunu bildirib. Partlayışın beton körpüyə ciddi ziyan vurduğu deyilir. Üç mülki minik maşınının çaya düşdüyü xəbər verilir. Bu arada İraqdakı koalisya qüvvələri tərəfindən Dəclə çayı vadisində terrorizmdə şübhələnilən 4 adamın öldürüldüyü, onlarla adamın nəzarət altına alındığı bildirilir. Bağdadın Sədr qəsəbəsində həyata keçirilən əməliayyat nəticəsində Mehdi Ordusunun 4 döyüşçüsü öldürülüb.

XS
SM
MD
LG