Accessibility links

Moskva-Sankt Peterburq qatarı relsdən çıxıb


Rusiya rəsmiləri bildiriblər ki, Moskva-Sankt Peterburq istiqamətində hərəkət edən sürətli qatarın qəzaya uğramasının səbəblərindən biri kimi terror versiyası da nəzərdən keçirilir. İlkin məlumata əsasən qatarın relsdən çıxmasına bomba partlayışı səbəb olub. Hadisə tələfata yol açmasa da, 2 nəfər ağır olmaqla, 60 sərnişin yaralanıb. Bundan öncə rəsmilər dünən baş verən hadisəyə qeyri-qanuni fəaliyyətlərin səbəb olduğunu bildirmişdi. Xaırladaq ki, Sankt Peterburqun qərbindəki Novqorod şəhərinin yaxınlığında baş verən hadisə nəticəsində 9 vaqon relsdən çıxmışdı.

XS
SM
MD
LG