Accessibility links

Amerikanın Mattel şirkəti Çin istehsalı 7 milyon oyuncağı bazardan çıxarıb


ABŞ-dakı Mattel oyuncaq şirkəti Çində istehsal edilmiş 7 milyon oyuncağı bazardan çıxarıb. ABŞ-ın İstehlak Malları Təhlükəsizliyi komissiyası şirkətin qərarını mətbuat konfransı zamanı elan edib. Buna səbəb oyuncaqların hazırlanmasında işlənmiş boyaların tərkibində yüksək səviyyədə qurğuşunun olması və uşaqlar üçün təhlükəli maqnitlərin işlənməsi olub. Mattel şirkəti avqustun 2-də artıq 1,5 milyon oyuncağın bazardan çıxarıldığını elan etmişdi. Ekspertlər oyuncaqlardakı maqnitlərin bir müddətdən sonra boşalıb düşdüyünü, bununla da uşaqların onları udmaq təhlükəsinin artdığını göstəriblər. Uşaq iki maqnit udsa, bir-birini cəlb edən maqnitlər bağırsaqlarda ciddi problər yarada bilər. Bazardan çıxarılmış oyuncaqlara maşınlar, Barbi gəlincik dəstləri və digər kuklalar və fiqurlar daxildir.
XS
SM
MD
LG