Accessibility links

ABŞ İranın İnqilabi qvardiyasını terror təşkilatları siyahısına salmağı planlaşdırır


Buş administrasiyası İranın İnqilabi qvardiyasının qlobal terror təşkilatı kimi səciyyələndirilməsini nəzərdən keçirir. Bu baş versə, Birləşmiş Ştatlar hansısa müstəqil dövlətin hərbi qurumunu ilk dəfə olaraq terror qrupları siyahısına salmış olacaq. Addım Birləşmiş Ştatlara qrupun, onun üzləri və filiallarının hesablarının dondurulmasına imkan verir. Vaşinqton Post və Nyu York Tayms qəzetlərinin İnternet səhifəsində yerləşdirilmiş məlumata əsasən, bu addım Vaşinton və Tehran arasında İranın nüvə fəaliyyətləri və ABŞ-ın İranın İraq və Əfqanıstanda yaraqlılara dəstək verdiyinə dair iddialarına görə münasibətlərin gərginləşdiyini əks etdirir.
XS
SM
MD
LG