Accessibility links

Sərhədsiz Jurnalistlər İranda kürd jurnalistlərin edam hökmünə etiraz edir


Beynəlxalq mətbuat azadlığını müdafiə qrupu BMT baş katibi Ban ki Muna müraciət edərək ondan iki İran jurnalistinin ölüm hökmünün ləğv edilməsi üçün Tehrana təzyiq göstərməsini istəyib.

Sərhədsiz Jurnalistlər qrupunun çərşənbə axşamı yaydığı bəyanatda deyilir ki, təşkilat Ban Ki Munu 2005-ci ildə qapanana qədər Asu jurnalının yazarları olmuş iki kürd jurnalistə - Ədnan Həsənpur və Əbdülvahid Hiva Botimara kömək etməyə çağırıb.

Hər iki jurnalist Allaha düşmənçilik ittihamı ilə iyul ayında ölümə məhkum edilib. Ölüm hökmünə qarşı çıxan Avropa Birliyi İranı bu hökmləri yerinə yetirməməyə çağırıb. Avropa Birliyi xüsusilə də ərəb və kürd azlıqlarının yaşadığı bölgələrdə fikrini azad ifadə etməyə çalışan iranlıların üzləşdiyi təzyiqlərdən narahatlığını ifadə edib.

XS
SM
MD
LG