Accessibility links

Prezidentliyə namizəd Culiani İranla sərt davranmağa çağırır


Respublikaçı prezidentliyə namizəd Rudi Culiani deyir ki, ABŞ İrana qarşı sərt mövqe sərgiləməlidir və lazım gələrsə hərbi qüvvədən istifadə edərək onun nüvə infrastrukturunu dağıtmalıdır. Sabiq Nyu York meri öz baxışlarını Xarici Məsələlər jurnalında çap edib. O, İranın nüvə proqramını dayandırmaq məqsədilə danışıqlar aparılmasının əleyhinə olmasa da, bu danışıqların güc mövqeyindən aparılmasını vurğulayıb. Culiani həmçinin deyib ki, o, hazırkı şəraitdə Fələstin dövlətinin yaradılmasının əleyhinədir. Eyni jurnalda Demokrat namizəd Con Edvardz ABŞ-ı dqünya dövlətləri ilə dialoq qurmağa çağırıb. Onun dediyinə görə indiyədək Buş administrasiyası özünün siyasəti ilə dünya ölkələrini Amerikadan uzaqlaşdırıb.
XS
SM
MD
LG