Accessibility links

Peruda şiddətli zəlzələ baş verib


Peruda baş verən şiddətli zəlzələ nəticəsində 340-a yaxın adamın həlak olduğu bildirilir. Rəsmilər yüzlərlə insanın xəsarət aldığını deyir. Rixter şkalası ilə 7.9 bal gücü olan zəlzələ paytaxt Limadan 145 km cənub-şərqdə, Perunun mərkəzindəki sahillərdə baş vermiş və cəmisi ikicə dəqiqə sürmüşdü. Zəlzələ ciddi ziyan vurub, ölkə boyu palçıq sürüşmələrinə yol açıb. Ən böyük tələfata İka şəhərində kilsənin uçması yol açıb. ABŞ-da yerləşən Sakit okeanı sunami mərkəzinin Peru, Çili, Kolumbiya, Panama cə Kosta Rika kimi ölkələri əhatə edən Cənubi Amerikanın Sakit okeanı regionunda elan etdiyi sunami xəbərdarlığı artıq ləğv edilib.

XS
SM
MD
LG