Accessibility links

ABŞ və İsrail arasında müdafiə yardımına dair saziş imzalanıb


Amerika Birləşmiş Ştatları və İsrail arasında müdafiə xərclərinə dair 30 milyard dollarlıq yardım sazişi əldə edilib. ABŞ dövlət katibinin müavini Nikolos Börns və İsrailin xarici işlər nazirliyinin baş direktoru Aharon Abramivitsin imzaladığı razılığa əsasən Amerika Yaxın Şərqdəki ən yaxın müttəfiqi olan İsrailə hərbi yardımı 25 faiz artırmış olur. 2.4 milyard ABŞ dolları təşkil edən illik yardım gələn on il ərzində 3 milyard artırılacaq. Nikolos Börns yardım paketini Amerikanın İsrailə regionda hərbi üstünlüyünün saxlanmasına yardımın bir hissəsi olduğunu deyib. Xatırladaq ki, Buş administrasiyası keçən ay Səudiyyə Ərəbistanına gələn 10 il ərzində 20 milyard dollarlıq silah paketi ilə yardım edilcəyini bəyan etmişdi. Misirin payına isə 13 milyard dollarlıq müdafiə yardımı düşəcək.

XS
SM
MD
LG