Accessibility links

Çin mallarının keyfiyyətini araşdırır


Çinin ticarət nazirliyi ABŞ-ın Mattel oyuncaq şirkəti üçün istehsal edilən malların keyfiyyətini araşdırır. Nazirliyin bidlirdiyinə görə, oyuncaqların təhlükəsizliyi təmin edilməyənədək, Çinin hər bir istehsalçı və ixracat şirkətinin fəaliyyəti dayandırılır. Xatırladaq ki, Mattel oyuncaq şirkəti Çində istehsal edilmiş 18 milyon oyuncağı bazardan çıxarıb. Buna səbəb oyuncaqların hazırlanmasında işlənmiş boyaların tərkibində yüksək səviyyədə qurğuşun və uşaqlar üçün təhlükəli maqnitlər olub. Məsələ təkcə valideynlər deyil, ABŞ-ın siyasətçilərini də narahat edir. ABŞ prezidentliyinə namizədlər Con Edvards və Rudi Ciliani Çində istehsal edilən malların təhlükəsizlik stardarlarına ciddi nəzarət edilməli olduğunu deyib. ABŞ şirkətləri mallarını Çində istehsal etməklə böyük maliyyə qənaəti əldə edir. Belə ki, Çin istehsalı gəlincik Amerikada orta hesabla 20 dollara satılırsa, ABŞ istehsalı oyuncaqlar bundan iki dəfə baha olur. Qiymətlərdəki fərqə isə işçi qüvvəsinin dəyəri səbəb olur.

XS
SM
MD
LG