Accessibility links

Peruda zəlzələdə ölənlərin sayı 510-a çatıb


Peru rəsmiləri çərşənbə günü baş verən güclü zəlzələdə həlak olanların sayının 510-a çatdığını bildiriblər. Sağ qalanlar ölkənin cənub bölgələrində zəlzələnin nəticələrini aradan qaldırmağa çalışır.

Xilasetmə dəstələri 8 bal gücündə zəlzələ nəticəsində dağılmış binaların altından yüzlərlə digər adamı xilas etməyə çalışır. Tibb müəssisələrinə də ziyan dəydiyindən xəsarət almış 1500 nəfərə tibbi yardım göstərilməsi olduqca çətinləşib.

Yeni təkanlardan ehtiyat edən əhali gecələri küçələrdə yatır. Zəlzələdə Pisko şəhərinə aparan yollar tamamilə dağılıb. Prezident Alan Qarsia fövqəladə vəziyyət elan edib.

XS
SM
MD
LG