Accessibility links

Kipr Aralıq dənizində neft yataqları üzrə tenderi başa çatdırıb


Kiprin Aralıq dənizində neft qaz kəşfiyyatına dair tenderin başa çatdığını elan etməsi Türkiyənin qəzəbinə səbəb olub.

Kipr yunanlarının hökuməti tenderdə ABŞ şirkəti və Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyadan olan şirkətlərin konsorsiumunun tenderdə qalib gəldiyini bildirib.

Kipr qazma işləri üçün icazəni bu ilin sonuna kimi verməyi planlaşdırır. Kipr bildirir ki, adanın Aralıq dənizi sahillərində böyük neft və qaz yataqları var.

Hökumət Misir və Livanla bağladığı anlaşmalarda dəniz sərhədlərini müəyyənləşdirib.

Kipr türkləri adada aşkar olunan neft və qazın onlara məxsus olacağını deyirlər.

Türkiyə BMT baş katibi Ban Ki Muna müraciət edərək kipr yunanlarının qarşısını almağa çağırıb və özü tender elan edib.

XS
SM
MD
LG