Accessibility links

Britaniyanın iki  generalı İraqdan geri çəkilməyə çağırır


Londonun İndependent qəzetinin yazdığına görə Britaniyanın iki yüksək rütbəli generalı baş nazir Gordon Brauna bildiriblər ki, Britaniya ordusu İraqın cənubunda artıq əlindən gələni edib və bu ölkənin hərbi qüvvələri çox gözləmədən İraqdan geri çəkilməlidir.

2003-cü ildə İraqın işğalından əvvəl Britaniya ordusunun İraqdakı missiyası İraqa və Yaxın Şərqə demokratiya və sabitlik gətirmək olaraq müəyyən edilmişdi. Ancaq İndependent qəzeti yazır ki, indiki əsas məqsəd həm Britaniya ordusunun etibarını saxlayacaq və həm də Britaniyanın Amerika Birləşmiş Ştatlarının güvənli müttəfiqi statusunu davam etdirə biləcək şəkildə nizamlı olaraq İraqdan geri çəkilməkdir. Bu isə Britaniyanın qarşıya qoyduğu məqsədlərdə mühüm dəyişikliyə işarə edir.

XS
SM
MD
LG