Accessibility links

Qazaxıstan seçkiləri Amerika mətbuatında


Prezident Nursultan Nazarbayev ötən həftəsonu keçirilmiş parlament seçkilərinin ardınca neftlə zəngin Qazaxıstanda onsuz da möhkəm hakimiyyətini bir qədər də bərkidib. Mərkəzi Seçki Komissiyası Bazar günü hakim Nur Otan, yəni Vətən İşığı Partiyasının bülletenlərin 88 faizində qələbə çaldığını elan edib. Bu yeganə partiya idi ki, Məclisə daxil olmaq üçün baryer kimi müəyyən edilmiş 7 faizi adlayıb.

Nur Otan beləliklə parlamentdə mövcud 98 yerin hamısına sahib çıxacaq. İki müxalifət partiyası Ümummilli Sosial Demokrat və Parlaq Yol partiyaları isə hərəyə 4.6 və 3.2 faiz səs almaqla parlamentə düşə bilməyiblər.

Nyu York Taymz qəzetinə şərh verən Sosial Demokrat Lideri Amirjan Kosanov deyib ki, cəmiyyət bu hökumətin demokratikliyi haqda sonuncu illuziyalarını da itirib. “Mən buna Parlament deməyə xəcalət çəkirəm,” deyə Kosanov bildirib.

Vaşinqton Postla danışan Parlaq Yol partiyasının lideri Əlixan Baymenov ilkin nəticələri tanımadığını söyləyib. Daha sonra o, əlavə edib ki, partiyanın regional nümayəndələri heç zaman indiki səviyyədə saxtakarlıq görməyiblər. Halbuki müxalifət partiyaları ən azı səslərin 12 faizini yığdıqlarını iddia edirlər.

Sekilər habelə Qərb müşahidəçiləri tərəfindən kəskin tənqidə tuş gəlib. 56 dövlətin təmsil olunduğu ATƏT müəyyən irəliləyişin olmasına baxmayaraq seçkilərin beynəlxalq standardlara uyğun gəlmədiyini bəyan edib. 450 üzvlük missiyaya rəhbərlik edən səfir Lubomir Kopaj seçki məcəlləsinnin ciddi pozuntulara məruz qaldığını və səslərin düzgün sayılmamasını söyləyib.

Paytaxt Astanadan Nyu York Taymz qəzetinə müsahibə verən Kopaj bildirib ki, ələlxüsus səslərin sayılması onlarda böyük məyusluq yaradıb: “Bizim müşahidə etdiyimiz səsvermə məntəqələrinin 40 faizindən çoxunda proses pis və ya lap pis aparılıb.”

Bununla belə ATƏT-in ilkin hesabatında seçkilərin Qazaxıstanı demokratiyaya doğru təkamül yoluna qoyduğunu qeyd edilir. ATƏT müşahidə missiyasının üzvlərindən olan Kanadalı Senator Konsilio di Nino bəzi narahtlılqara baxmayaraq Qazaxıstanın demokratiyaya doğru irəılilədiyini söyləyib.

XS
SM
MD
LG