Accessibility links

İordaniya Kralı parlamenti buraxıb


İordaniya Kralı Abdulla ilin axırında seçkilərə hazırlıq üçün ölkə parlamentini buraxıb. Kral Abdulla bu gün imzaladığı fərmanda 110 nümayəndədən ibarət parlamentin vəzifə müddətinin bazarertəsi günü başa çatacağını bildirib.

O parlament seçkilərinin keçirilməsinə çağırsa da seçkilərin tarixini hələlik elan etməyib. İordaniya rəsmiləri seçkilərin Noyabr ayında keçirilməsini gözlədiklərini bildiriblər.

Keçən ay paytaxt istisna olmaqla İordaniyanın diqər şəhər və qəsəbələrində bələdiyyə seçkiləri keçirilib. İordaniyanın bələdiyyə seçkilərinin keçirildiyi yeni qanuna əsasən bələdiyyə məclislərində üzvlərin beşdə biri qadınlar olmalıdır.

XS
SM
MD
LG