Accessibility links

Rusiya donanması yeni təlimlərə başlayır


Rusiya mediasının məlumatına görə ölkənin hərbi donanması yeganə təyyarə-daşıyan gəmidən uçuşları bərpa edib. Xəbərlərdə deyilir ki, Şimal Donanmasından 25 pilot Barents Dənizindəki Admiral Kuznetsov gəmisində İyulun ortalarından məşq edirlər. Onlar dediyinə görə təlimlər ilin sonunadək davam edəcək. Prezident Vladimir Putin ötən həftə elan etdi ki, Rusiya Sovet dönəminin praktikasına qayıdaraq NATO hava hüdudları yaxınlığında uçuşları bərpa edir. İnterfaks xəbər agentliyi bildirir ki, Rusiya Hava Qüvvələri Atlantik, Sakit və Şimal Buzlu Okeanları üzərində təlim uçuşları həyata keçirib.
XS
SM
MD
LG