Accessibility links

Dinin sürətinin 250 km/saat olacağı gözlənilir


Meksika və Belizdə qasırğa xəbərdarlığı qüvvədədir. Belə ki, Karib dənizi hövzəsində güclü yağışlar və saatda 240 km sürətli külək gözlənilir. Dünən Yamayka şiddətli qasırğanın təsirinə məruz qalmışdı. Adada müvəqqəti sığınacaqlar təsis edilmiş, işıqlar söndürülmüş, sakinlərə təhlükəsiz yerlədə qorunmaq barədə xəbərdarlıq verilmişdir. Bu sabah Keyman adalarının cənubundan ən dəhşətli qasırğanın ötdüyü qeydə alınıb. Sinoptiklər Meksikanın Yukatan yarımadasının Din qasırğasına məruz qalacağını proqnozlaşdırıb. Dinin sürətinin 250 km/saat olacağı gözlənilir.

XS
SM
MD
LG