Accessibility links

Sabiq Liberiya liderinin məhkəməsi təxirə salınıb


Sabiq Liberiya Prezidenti Çarlz Teylor üzərində keçirilən müharibə cinayətləri məhkəməsi gələn ilin yanvarınadək təxirə salınıb. BMT-nin Sierra Leone üçün Xüsusi Məhkəməsinin hakimləri Teylorun vəkillərinə hazırlaşmaq üçün əlavə vaxt veriblər. Baş hakim Culiya Sebutinde bu gün bildirib ki, məsələnin mürəkkəbliyini nəzərə alaraq vəkillərin arzusu nəzərə alınıb. Bu xahiş Teylorun yeni məsləhətçisi Britaniyalı vəkil Korteni Qriffit tərəfindən təqdim olunub. Teylor Sierra Leonedə baş vermiş vətəndaş müharibəsi zamanı brilyant əvəzində üsyançılara dəstək verməkdə ittiham olunur. Sabiq Liberiya lideri bəşəriyyətə qarşı və müharibə cinayətləri ilə bağlı ona qarşı irəli sürülmüş 11 ittihamı rədd edir. Onun məhkəməsi 2008-ci il, yanvarın 7-də bərpa olunacaq.
XS
SM
MD
LG