Accessibility links

İranda separatçılıq ittihamı ilə bir qrup həbs olunub


İran mediası bildirir ki, kəşfiyyat agentləri ölkənin qərbində separatçı qrup üzvlərini həbs edərək onlara məxsus silahları müsadirə ediblər.

Ölkənin kəşfiyyat nazirliyinə istinadən yayılan xəbərdə separatçılıqda şübhəli bilinənlərin İraqla həmsərhəd Xuzistan vilayətində həbs olunduğu bildirilir. Nazirlik qrupun gizli anbarlarında böyük həcmdə silahın aşkar edildiyini bildirib.

Xəbərlərdə nazirliyə istinadən yazılır ki, separatçılar İranın müxtəlif etnik qrupları arasında təriqət zəminində nifaq saımaq məqsədi güdüb. Məhbuslarla bağlı əlavə məlumat açıqlanmayıb.

Xuzistan əsasən ərəblərin yaşadığı neftlə zəngin bölgədir. İranın 65 milyon əhalisinin yarısı farslardan ibarətdir. Əhalinin qalan hissəsini azərbaycanlılar, gilakilər, mazandaranilər, kürdlər, ərərblər, lorlar, bəluclar və türkmənlər təşkil edir.

XS
SM
MD
LG