Accessibility links

Polis konvoyuna hücum olub


Əfqan rəsmiləri bu gün polis konvoyuna edilən hücumun azı 3 polisin ölümünə, 13-nün isə yaralanmasına səbəb olduğunu bildirib. Polisdən alınan məlumatda deyilir ki, hadisə Helmənd vilayətinin Gereşk şəhərində, yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində baş vermişdir. Qeyd edək ki, talibanların nəzarəti altında olan Helmənd vilayəti Əfqanıstanın ən şox tiryək yetişdirdiyi ərazidir.

Kanada hərbiçilərindən alınan məlumatda isə bildirilir ki, dünən Qəndəharda yol kənarına yerlışdirilmiş bomba partlayışı iki Kanada əsgərinin ölümünə səbəb olub.

Bunlarla yanaşı xəbər verilir ki, talibanların girov saxladıqları alman mühəndisinin yerə yıxılmış vəziyyətdə çəkildiyi video kaset bu gün Əfqan televiziyası ilə nümayiş etdirilmişdir. Ağır vəziyyətdə olan alman mühəndisi Əfqan hökumətindən və Almaniya səfirliyindən onu xilas etmələrini xahiş edir.

XS
SM
MD
LG