Accessibility links

Texas ştatında edam hökmü icra edildi


Texas ştatında 1982-ci ildən bəri ölüm hökmü altında olan 400-cü adam edam edildi. Conni Rey Konner adlı şəxsin dünən öldürücü inyeksiya ilə həyatına son qoyuldu. 32 yaşlı məhkum 1999-cu ildə Hyuston şəhərində mağaza sahibini oğurluq məqsədi ilə qətlə yetirməkdə günhlandırılırdı. Son sözünü deyən Konner əməlinə görə üzr iştəsə də, edam hökmünü ədalətsizlik kimi qiymətləndirmişdir. O, Texas ştatında bir il ərzində ölüm hökmünə məhkum edilən 21-ci şəxsdir.

Texas ABŞ-ın digər ştatları arasında ölüm hökmlərinə görə birinci yeri tutur.

XS
SM
MD
LG