Accessibility links

Daşqınlar onlarla insanın ölümünə səbəb olub


Son bir neçə gün ərzində Biləşmiş Ştatların orta-qərb və cənub-qərb bölgələrində baş verən daşqınlar azı 22 nəfərin ölümünə səbəb olub. Çayların bir neçə metr qalxaraq yolları və körpüləri yuyub apardığı və insanların həmin bölgələrdən evakuasiya edilməsinə böyük maneələr yaratdığı bildirilir.

Amerikanın Qırmızı Xaç Təşkilatı təkcə Minnesotada 4 000-dən artıq evin dağıldığını və ya sıradan çıxdığını bildirib. Ohayo və Viskonsin ştatlarında fövqəladə vəziyyət élan edilib. Texas və Oklahoma ştatlarında Erin qasırğasından sonar bərpa işləri aparılır.

XS
SM
MD
LG