Accessibility links

Amerikanın mərkəzi ştatlarında şiddətli tufanlar olub


Şiddətli tufanlar və daşqınlar ABŞ-ın mərkəzi və cənub-qərb hissələrində minlərlə adamın köçkün düşməsinə səbəb olub. Çikaqoda tufanlar ağacları aşırmış və elektrik xətlərini sıradan çıxarmışdır. Ölüm haqda məlumat yoxdur, lakin rəsmilər anbarın damının uçması nəticəsində 40 adamın yaralandığını bildirirlər. Cümə Axşamı erkən Ohayo ştatının qubernatoru daşqınların iri fəlakətə yol açdığını söyləyib. İndiyədək tufanlar bütün ölkə boyu 25 adamın həyatına son qoyub.
XS
SM
MD
LG