Accessibility links

ABŞ-dakı Anti-Defamasiya Liqası "erməni soyqırımı"nı tanıyır


Bu günlərdə ABŞ-da yerləşən Yəhudi Anti-Defamasiya Liqası 1915-ci ildə Türkiyənin cənub şərqində baş verən hadisələri soyqırım adlandırmaq qərarına gəlib. Eyni zamanda liqa Türklərlə Ermənilər arasında dayanıqlı barışığa səsləyib.

Avqustun 21-də Anti-Defamasiya Liqasının Milli Direktoru Abraham Foxman bəyanatla çıxış edərək liqanın 1915-ci il hadisələrinə yenidən baxış keçirdiyini elan edib. “Bizim təşkilat heç zaman 1915-18-ci illər arasında Osmanlı İmperiyasında ermənilərə qarşı qırğınların törədildiyini inkar etməyib. Lakin müəyyən düşüncədən sonra biz Henri Mogentaunun hadisələr haqda baxışlarını bölüşmək qərarına gəlmişik ki, bu da həmin əməllərinin genosidlə nəticələndiyi haqda qənaətdir,” deyə Foksman bildirib.

Təşkilatın nümayəndəsi bu qərara gələrkən Nobel mükafatı lauratı Eli Vizellə və bir sıra başqa tarixçilərlə məsləhətləşdiyini qeyd edib. O, eyni zamanda ümid etdiyini bildirib ki, Türkiyə bəyanat müəlliflərini özünə dost hesab etməkdə davam edəcək və keçmişlə qarşılaşma Türkiyəyə tarixdəki qara səhifəni çevirməkdə yardımçı olacaq.

Eyni zamanda Anti-Defamasiya Liqası ABŞ Konqresinin sözdə “soyqırım” haqda qətnaməsinin yanlış qərar olduğunu önə çəkmiş və bunun Türklər və erməniləır arasında barışığa vasitəçi olmayacağını bildirimişdir. Foksmanın sözlərinə görə bu növ qətnamə Türkiyədə yaşayan yəhudi icmasını təhlükə altına qoya bilər və ABŞ, İsrail və Türkiyə arasındakı münasibətlərə xələl gətirər.

Bəyanatın açıqlanmasından çox keçməmiş artıq Türkiyədən sərt reaksiyalar gəlməkdədir. Türkiyə xarici işlər nazirliyi verdiyi bəyanatda soyqırım iddiasının tarixi və hüquqi təmələ əsaslanmadığını bildirmişdir. Türkiyənin İsraildəki səfiri Namik Tan öz tətilini yarımçıq qoyaraq dərhal Tel-Əvivə qayıtmış və burada açıqlama ilə çıxış etmişdir. O, bu məsələni olduqca ciddi adlandırmış və söyləmişdir: Bu cür siyasi basqılarla tarixi yenidən yazmağa çalışmaq çox yanlışdır və bu növ müdaxilələr ciddi siyasi nəticələr verə bilər. Baş verən olaylarən heç kimə yararı olmayacaq, deyə Türk səfiri bildirib.

İsrail hökumətinin sözçüsü Mark Regev Anti-Defamasiya Liqasının müstəqil qurum olduğunu bildirmiş və bu açıqlamaların İsrail hökumətinə dəxli olmadığını söyləmişdir. “ Bizim hökumət olaraq Türkiyə ilə münasibətlərimizdə mövqeyimiz bəllidir”, deyə o bildirib. ABŞ Dövlət Departamenti də açıqladığı bəyanatda Ağ Evin 1915-ci olaylarının genosid kimi tanınmasına qarşı çıxdığını bildirib.

XS
SM
MD
LG