Accessibility links

Yunanıstanda yanğın səbəbi ilə ölənlərin sayı artır


Yunanıstanın cənub bölgəsində baş verən meşə yanğını səbəbi ilə ölənlərin sayı 41-ə yüksəlib. Yanğınsöndürlənlərin bildirdiyinə görə, itkin düşən bir ana və dörd uşağının ölənlər arasında olduğuna inanılır. Peloponnes yarımadasında axtarışların davam etdirilməsi ilə ölənlərin sayının artacağı güman edilir. Gecə-gündüz dayanmadan çalışan yanğınsöndürənlərə bu gün 500 əsgər qoşulub. Yunanıstan hökuməti iki rayonda fövqəladə vəziyyət elan edib, Avropa İttifaqından yardım istəyib.

XS
SM
MD
LG