Accessibility links

Con Uornerin çağırışı rədd edilib


ABŞ-ın İraqdakı hərbi qüvvələrinin komandiri general-mayor Rik Linç respublikaçı sentor Con Vornerin Amerika qüvvələrinin ilin sonunadək İraqdan çıxarılması çağırışını rədd edib. ABŞ juranlistləri ilə video-konfrans vasitəsi ilə söhbəti zamanı Bağdadın cənub bölgəsindəki qüvvələrə başçılıq edən general Linç deyib ki, Uornerin qüvvələrin geri çəkilməsi barədə təklifi bir çox siyasətçini heyrətə gətirib. General Linç bildirib ki, onun qüvvələri həm şiə, həm də sünni yaraqlılarla mübarizə aparır. Eyni zamanda onlar İranın regiona nüfuzu ilə qarşılaşırlar. General qüvvələrin geri çəkilməsinin bircə halda, nailiyyət əldə edildiyi təqdirdə mümkünlüyünü və bunun gələn yaz və ya yayda baş verə biləcəyini deyib. Xatırladaq ki, ABŞ qanunvericisi və senatın silahlı qüvvələr komitəsinin üzvü Con Uorner Buş administrasiyasını dekabr ayınadək bəzi Amerika qüvvələrinin İraqdan çıxarılmasına çağırmışdı. Ağ Evin sözcüsü prezidentin ABŞ-ın İraqdakı həbri qüvvələrinin baş komandanı Deyvid Petreyes və Amerikanın İraqdakı səfiri Rayan Krokerdən hesabat gözlədiyini bildirib. Qeyd edək ki, hesabat sentyabr ayının 15-də prezidentə təqdim edilməlidir.

XS
SM
MD
LG