Accessibility links

Pakistan koalisiya qüvvələrinin məlumatını təkzib edib


Birləşmiş Ştatların Əfqanıstandakı hərbi qüvvələri bildirirlər ki, Amerika və Əfqanıstan hərbiçiləri Pakistanla sərhəddə keçirdikləri birgə əməliyyat nəticəsində azı 12 yaraqlı öldürülmüşdür. Koalisiya qüvvələri bu gün Əfqanıstanın Paktika əyalətində yaraqlıların toplaşdığı 6 sərhəd məntəqəsinin sıradan çıxarıldığını bildirmişlər. Koalisiya qüvvələri xəbər verirlər ki, Pakistan rəsmiləri ölkə sərhədlərində olan yaraqlılara da atəş açılmasına icazə vermişlər. Fransanın Xəbərlər Agentliyinin bildirdiyinə görə Pakistanın hərbi sözçüsü general–mayor Vahid Ərşad İslamabadın sərhədlərindəki yaraqlılara atəş açılmasına icazə vermədiyi deyərək, koalisiya qüvvələrinin bu məlumatını təkzib etmişdir.
XS
SM
MD
LG